Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Milli Müdafiə Universitetinin "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Məlumata görə, görüşdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Azərbaycanın xarici siyasət prioritetləri" mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Daha sonra kurs iştirakçılarına XİN-in iş prosesi barədə məlumat verilib.
Kursda Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də Türkiyə, Pakistan və Qazaxıstandan ümumilikdə 29 nəfər nümayəndə iştirak edir.









Bizim.Media

- A-
- A
- A+
Siyasət
06:26 / 23.10.2026
XİN-də hərbi kurs iştirakçıları ilə görüş keçirildi - FOTO
Hazırda oxunan: XİN-də hərbi kurs iştirakçıları ilə görüş keçirildi - FOTO
Hazırda oxunan: XİN-də hərbi kurs iştirakçıları ilə görüş keçirildi - FOTO
643750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































