Bakıda kişi şalvarı ütüləməyən arvadını döydü - Belə cəzalandırıldı

Hazırda oxunan: Bakıda kişi şalvarı ütüləməyən arvadını döydü - Belə cəzalandırıldı

643700

Bakıda kişi arvadını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

34 yaşlı Səməd Qəhrəmanov (şərti adla) yaşadıqları evdə mübahisə zamanı əli ilə arvadı Gülnazın (şərti adla) üz və əl nahiyələrinə dəfələrlə vuraraq, xəsarətlər yetirib. Hadisəyə səbəb isə Gülnazın Səmədin şalvarını ütüləməməsi olub.
 

Belə ki, Səməd arvadına şalvarını ütüləməyi desə də, qadın kobud şəkildə vaxtının olmadığını bildirib. Bundan sonra o, Gülnaza nalayiq ifadə işlədib. Qadın da nalayiq formada cavab qaytarandan sonra Səməd hiddətlənib və məlum cinayəti törədib.


Fakt əsasında Səməd Qəhrəmanov barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində arvadı ilə barışdığını və əməlindən peşman olduğunu bildirib. Qadın da həmçinin ərinə qarşı şikayətçi olmadığını deyib.

Məhkəmə S. Qəhrəmanovu 1500 manat məbləğində cərimə cəzasına məhkum edib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin