Bu gün FİFA Şurası Bürosunun iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi “FİFA U-20 World Cup 2027”nin tarixi rəsmən açıqlanıb. 20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq.
Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan “Bu oyun sənlikdir” rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:41 / 22.10.2026
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi AÇIQLANDI
643712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































