Çinin Tibet bölgəsində güclü zəlzələ baş verib.
Bizim.Media Sinxua agentliyinə istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 7 bal olub.
Episentri Bakenq qraflığında olan zəlzələ nəticəsində 339 bina uçub, bəzi binalarda çatlar əmələ gəlib, elektrik və rabitə kəsilib.
İlkin məlumata görə təbii fəlakət nəticəsində 16 nəfər olub, 46 nəfər yaralanıb.
Axtarış-xilasetmə işləri davam edir.
Bizim.Media

































































































