Albaniya parlamentində dava olub.
Bizim.Media xəbər verir ki, qəzəblənmiş müxalifət nümayəndələri masaların üzərindəki mikrofonları qoparıb atıblar və hakim partiya üzvləri ilə əlbəyaxa dava ediblər.
Belə ki, müxalifət üzvləri ölkədəki etiraz aksiyaları zamanı polis tərəfindən xəsarət yetirilmiş tələbələrin fotoşəkillərini nümayiş etdirərək parlamentin işini pozmağa cəhd göstəriblər.
Qeyd edək ki, həmin etiraz aksiyaları bəzi hallarda küçə döyüşlərinə çevrilmişdi.
Bizim.Media

































































































