Azərbaycan BMT Baş Assambleyasının Üçüncü Komitəsində məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı işğal dövründə məcburi köçkünlərin yerləşdirilməsi və onlara yardım göstərilməsi sahəsində təcrübəsini diqqətə çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında nümayəndəliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində miqrantların insan hüquqları üzrə xüsusi məruzəçi ilə keçirilən interaktiv dialoq zamanı danışıb.
Bildirilib ki, Azərbaycan ərazilərinin təxminən 30 il davam edən işğalı dövründə məcburi köçkünlərin yerləşdirilməsi, onlara dəstək göstərilməsi, pozulmuş hüquqlarının bərpası və münaqişədən sonrakı dövrdə uzunmüddətli məcburi köçkünlüyün nəticələrinin aradan qaldırılması istiqamətində mühüm təcrübə qazanıb.
Vurğulanıb ki, Böyük Qayıdış Proqramının icrası çərçivəsində hazırda işğaldan azad edilmiş ərazilərdə 48 yaşayış məntəqəsində salınmış yeni yaşayış məkanlarında təxminən 100 min insan yaşayır, işləyir və təhsil alır.
Bildirilib ki, ərazilərin minalardan, müharibənin digər partlayıcı qalıqlarından və əldəqayırma partlayıcı qurğulardan təmizlənməsi məcburi köçkünlərin dolanışıq imkanlarının bərpası, iqtisadi dirçəlişin təmin edilməsi və onların davamlı həll yollarına qovuşması üçün zəruri şərtdir.
Bu məsələ məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçinin BMT Baş Assambleyasının müzakirəsinə təqdim etdiyi A/81/339 nömrəli hesabatında da qeyd olunub.
During the interactive dialogue with the Special Rapporteur on the human rights of internally displaced persons at the #3C of the #UNGA, #Azerbaijan informed of its considerable experience in accommodating and assisting IDPs throughout the almost 30 years of occupation, as well as in restoring their violated rights and addressing the consequences of their prolonged displacement in the post conflict-period. It was highlighted that through the implementation of the Great Return Programme, nearly 100,000 people are now living, working and studying in newly constructed communities across 48 residential areas in liberated territories. The statement emphasized that, as informed by the Special Rapporteur in her report (A/81/339) submitted to the session, the clearance of landmines, other explosive remnants of war and improvised explosive devices is a prerequisite for restoring livelihoods, achieving economic recovery and securing durable solutions for IDPs.
— Azerbaijan UN (@AzmissionUN) October 22, 2026
Bizim.Media





































































































