Bütün binalarda elektrik sobaları olacaq - VİDEO

Hazırda oxunan: Bütün binalarda elektrik sobaları olacaq - VİDEO

643735

Azərbaycan yaşıl və dekarbonlaşdırılmış gələcəyə doğru ən mühüm hüquqi addımını atdı.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi qərarı ilə təsdiqlənən "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" artıq icradadır.

Strategiyaya əsasən, 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçidin təşviqi, 2060-cı ilədək isə bütün binalarda elektrik sobalarının payının 100 faizə çatdırılması hədəflənir. Yeni tikilən binalarda elektrik sobalarının quraşdırılması da nəzərdə tutulur.
 

Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirdi ki, bu tədbirlər enerji sərfiyyatını azaltmağa və binaların daha səmərəli olmasına xidmət edir. Ancaq hədəflərə çatmaq üçün həm müasir texnologiyaların tətbiqi, həm də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi vacibdir.


Beləliklə, enerjiyə qənaət edən binalara keçid yalnız texnologiyaların deyil, bu sahələrdə çalışan mütəxəssislərin peşə bacarıqlarının da yenilənməsini zəruri edə bilər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin