Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdu

Hazırda oxunan: Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdu

643687

Yəməndəki "Ənsar Allah" (husilər) qruplaşması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Müdafiə Nazirliyinin baş qərargahını və bir sıra strateji obyektləri ballistik raketlərlə hədəf aldığını bəyan edib.

Bizim.Media xəbər verir ki, husilərin hərbi sözçüsü hücum zamanı uzaqmənzilli zərbə PUA-ları və təkrarolunmaz trayektoriyaya malik yüksək dəqiqlikli ballistik raketlərdən istifadə edildiyini bildirib.

"Ənsar Allah" nümayəndələri bu əməliyyatın Səudiyyə Ərəbistanının Yəməndəki hərbi müdaxilələrinə və blokadaya cavab olaraq həyata keçirildiyini, koalisiya qüvvələrinin hücumları dayandırılacağı təqdirdə bu tür zərbələrin davam edəcəyini vurğulayıblar.

Ər-Riyad hava hücumundan müdafiə (HHM) sistemlərinin şəhər üzərində raketləri zərərsizləşdirdiyini və ya hava məkanında qarşısını aldığını desə də, yerli mənbələr paytaxtda güclü partlayış səslərinin eşidildiyini bildirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin