“Avropanın Rusiya ilə bağlı bəyanatları siyasi şizofreniyadır” - Putin

Hazırda oxunan: “Avropanın Rusiya ilə bağlı bəyanatları siyasi şizofreniyadır” - Putin

643740

“Moskva nə Ukrayna, nə də Avropa ilə müharibə etmək istəmir, Avropa ölkələri ilə də müharibəyə hazırlaşmır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Teatr Xadimləri İttifaqının qurultayında çıxışı zamanı bildirib. 

O, Avropanın Rusiyadan gələn müharibə təhlükəsi ilə bağlı bəyanatlarını “siyasi şizofreniya” adlandırıb və Avropa xalqlarının Rusiya ilə döyüşmək istəmədiyini iddia edib.

Rusiya lideri, həmçinin ölkəsinin təhlükəsizliyi müzakirə edilərkən bütün Avropanın təhlükəsizlik arxitekturasının nəzərə alınmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff da bu mövzunun müzakirə edilməli olduğunu bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin