Ramiz Əzizbəylinin qızı həyat yoldaşının həbsindən danışdı: "Böhtandır"

Hazırda oxunan: Ramiz Əzizbəylinin qızı həyat yoldaşının həbsindən danışdı: "Böhtandır"

643730

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli həyat yoldaşı Rüfət Qasımzadənin həbsinə etiraz edib.

Bizim.Media xəbər verir ki, C.Əzizbəyli bu barədə "shownews.az"-a açıqlamasında danışıb. 

O, külli miqdarda dələduzluqda ittiham olunan Rüfət Qasımzadə barəsində səsləndirilən iddiaların əsassız olduğunu bildirərək ailəsinə qarşı böhtan atıldığını iddia edib.

Cəlalə Əzizbəyli bildirib ki, artıq bir ilə yaxındır həyat yoldaşı ilə bağlı səsləndirilən ittihamları izləyir. Onun sözlərinə görə, tərəflər arasında borc mübahisəsi faizlə pul götürülməsi və şirkətin adına kredit rəsmiləşdirilməsi ilə bağlı yaranıb.
 

Cəlalə Əzizbəyli iddia edir ki, məsələ ilə bağlı dəfələrlə araşdırma aparılıb, polis orqanları və məhkəmələr tərəfindən hüquqi qiymət verilib. Onun fikrincə, mübahisədə cinayət tərkibi yoxdur və məsələ mülki xarakter daşıyır.


O, borcun böyük hissəsinin ödənildiyini, buna baxmayaraq, qarşı tərəfin iddia edilən məbləği şişirərək həyat yoldaşından yenidən şikayət etdiyini deyib.

“Bütün bunlara baxmayaraq, yalanla üç-dörd qatını şişirib gəlib mətbuata və efirə də çıxırlar. Mənim yoldaşıma şər-böhtan atırlar” deyə, Cəlalə Əzizbəyli bildirib.

Onun sözlərinə görə, əvvəlki məhkəmə qərarları və polis orqanlarının qərarları nəzərə alınmadan həyat yoldaşı barəsində yenidən həbs qərarı verilib. Cəlalə Əzizbəyli xüsusilə Nəsimi Rayon Məhkəməsinin qərarına etiraz etdiyini vurğulayıb:

“Dünən həyat yoldaşımın məhkəməsi olub. Məhkəmə bütün əvvəlki qərarlara baxmadan onun barəsində həbs qərarı verib. İstintaqın bitməsinə 20 gün qalmış həyat yoldaşımı həbs etdilər. Mən çox xahiş edirəm, bu işə yenidən baxılsın”.

Cəlalə Əzizbəyli məsələ ilə bağlı ölkə başçısına və Birinci vitse-prezidentə də şikayət etdiyini qeyd edib. O, aidiyyəti qurumlardan işin yenidən araşdırılmasını, əvvəlki qərarların və sənədlərin nəzərə alınmasını istəyir.
 

“Artıq bir ildir ailə olaraq susuruq. Mənim səsimi ictimaiyyətə çatdırmağınızı istəyirəm. Bu şər-böhtanlara son qoyulsun və işə yenidən baxılsın. Mən sadəcə ədalətin təmin olunmasını istəyirəm" deyə, Cəlalə Əzizbəyli əlavə edib.


Qeyd edək ki, Rüfət Qasımzadə külli miqdarda dələduzluqda ittiham olunur. Cəlalə Əzizbəylinin səsləndirdiyi fikirlər onun öz mövqeyini əks etdirir. İttihamlar və tərəflərin qarşılıqlı iddiaları ilə bağlı yekun hüquqi qiymət məhkəmə tərəfindən verilməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin