Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də keçirilən hökumət iclasından sonra jurnalistlərə bəyan edib ki, Tavuş vilayətində sərhədi keçən azərbaycanlı çoban artıq Azərbaycan tərəfinə qaytarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə news.am saytı məlumat yayıb.
Jurnalistlərin sualını cavablandıran Baş nazir sözügedən məsələyə emosional şəkildə reaksiyasını bildirib:
"Nə etməli idik, ona atəş açıb öldürməli idik? Adam piyada gəlirdi. Onu saxlayıb Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verdilər".
Paşinyan əlavə edib ki, dünyada insanın keçə bilməyəcəyi elə bir sərhəd yoxdur.
Hökumət rəhbəri çobanın (Yaşar Qasımov) artıq rəsmi şəkildə Azərbaycan tərəfinə təhvil verildiyini açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:45 / 22.10.2026
SON DƏQİQƏ: Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı – VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ: Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı – VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ: Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı – VİDEO
643639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































