Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Hazırda oxunan: Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

644002

Belarusda Kristina adlı bir qadın, İphone almaq üçün pul yığmağın maraqlı üsulunu tapıb.

Bizim.Media xəbər verir ki, bunun üçün ona sadəcə bir vərəq kağız, iki rəng qələm və 342 xanadan ibarət bir cədvəl lazımdır.

Deməli 19 sütun və 18 sətirdən ibarət bir cədvəldir. 20 qəpikdən 20 manata qədər (hərə öz valyutasına görə) dəyişən məbləğlərlə doldurulur. Bəzi məbləğlər təkrarlanır.

Prinsip sadədir: istənilən xananı seçin, orada göstərilən məbləği daxıla atın və həmin xananı rəngləyin. Bütün xanalar rəngləndikdən sonra müəyyən məbləğ toplamış olacaqsınız.

Bu qənaət metodu hər dəfə nə qədər pul qoyacağınızı o anki imkanlarınıza görə müəyyən etməyə imkan verir — bir gün bir neçə on qəpik, başqa bir gün isə 10 və ya 20 manat ayıra bilərsiniz. Xanaları rəngləmək həm də məqsədinizə doğru irəliləyişinizi izləməyə kömək edir.

Xırda pulları yığmağın nə mənası var?

Bəzi insanlar çox kiçik məbləğləri kənara qoymağın bir faydası olmadığını düşünürlər. Lakin maliyyə məsləhətçisi Emmanuel Asuko hesab edir ki, bu yanaşma mütəmadi qənaət vərdişi yaratmağa kömək edir, çünki ən vacib amil ardıcıllıq və intizamdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin