Dünyada süd vəzi xərçəngi qadınlar arasında ən çox yayılan xərçəng növü və xərçəngdən ölümün əsas səbəblərindən biri olaraq qalır.
Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017–2021-ci illərdə süd vəzi xərçəngi üzrə qlobal beşillik xalis sağqalım göstəricisinin 77,8 faiz təşkil edib.
Bu göstərici aşağı gəlirli ölkələrdə 41,9 faiz, aşağı-orta gəlirli ölkələrdə 60,1 faiz, yüksək gəlirli ölkələrdə isə 87,3 faiz olub.
Məlumatda qeyd olunur ki, xəstəliyin nəticələrindəki bərabərsizliyin aradan qaldırılması üçün keyfiyyətli tibbi xidmətlərə çıxışın yaxşılaşdırılması vacibdir.
ÜST 2021-ci ildə süd vəzi xərçəngi ilə mübarizə məqsədilə Qlobal Süd Vəzi Xərçəngi Təşəbbüsünü (GBCI) yaradıb. Təşəbbüsün əsas hədəfi süd vəzi xərçəngindən ölüm hallarını hər il 2,5 faiz azaltmaqdır. ÜST-nin hesablamasına görə, bu məqsədə nail olunması 20 il ərzində 2,5 milyon insanın həyatını xilas edə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:16 / 24.10.2026
Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb
Hazırda oxunan: Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb
Hazırda oxunan: Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb
644013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































