Bir çox insan gecələr yataq otağının qapısını açıq qoymağa üstünlük verir; lakin bu geniş yayılmış vərdiş ciddi təhlükəsizlik riski yarada bilər.
Bizim.Media xəbər verir ki, tədqiqatçılar yatarkən qapıların bağlı saxlamağı tövsiyə edirlər.
Çünki bu, fövqəladə hallarda – xüsusilə də yanğın zamanı – riskləri əhəmiyyətli dərəcədə azaldır.
Bəzi insanlar daha yaxşı havalandırma üçün, uşaqlarını və ya ev heyvanlarını eşitmək məqsədilə, yaxud sadəcə psixoloji rahatlıq naminə qapılarını açıq qoyurlar.
Aparılan tədqiqatlara əsasən, yanğın zamanı bağlı qapı alovun və zəhərli tüstünün yayılmasını xeyli ləngidə bilir.
O, əlavə bir maneə rolunu oynayaraq otaqdakı oksigenin qorunub saxlanmasına kömək edir və temperaturun sürətlə yüksəlməsinin qarşısını alır.
Bundan əlavə, açıq qapı dəm qazının (karbon monoksid) yataq otağına daxil olma ehtimalını artırır. Bu, insanın təhlükəni fərq etməsinə belə imkan qalmadan huşunu itirməsinə səbəb ola bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:42 / 24.10.2026
Gecə yataq otağının qapısını açıq qalsa, nə baş verər?
Hazırda oxunan: Gecə yataq otağının qapısını açıq qalsa, nə baş verər?
Hazırda oxunan: Gecə yataq otağının qapısını açıq qalsa, nə baş verər?
644000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































