77 nömrəli marşrut avtobusunun sürücüsü ilə sərnişinlər arasında dava baş verib.
Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, bu barədə sərnişinlər 22 oktyabrda “İçərişəhər” metrostansiyasından Axundov bağı istiqamətindəki dayanacaqda avtobusu saat 13:53-dən 14:26-dək gözləyiblər.
Daha sonra bir neçə avtobus ard-arda gəlib. Bu zaman avtobuslardan birinin sürücüsü ilə sərnişinlər arasında mübahisə yaranıb.
Şikayətçi iddia edir ki, sürücü onlarla kobud rəftar edib.
Bundan başqa, sərnişin iddia edir ki, saat 18:31-də isə İnşaatçılar ərazisində sürücünün qəfil əyləcləməsi nəticəsində iki kişi yıxılıb, özü və digər sərnişinlər xəsarət alıblar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:48 / 24.10.2026
Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO
Hazırda oxunan: Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO
Hazırda oxunan: Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO
644008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































