Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Hazırda oxunan: Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

644015

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin tarixi və mədəni irsinin keçmişdə müxtəlif məqsədlərlə istifadə edildiyini bildirib.

Bizim.Media xəbər verir ki, Ərdoğan Türkiyənin ən dəyərli mədəni sərvətlərindən biri olan "Yıldız Sarayı"nın vaxtilə kazino və qumarxana kimi fəaliyyət göstərdiyini qeyd edib. 
 

"Ən qiymətli mədəni sərvətlərimizdən biri olan Yıldız Sarayı bu ölkədə bir zamanlar kazino və qumarxana kimi işlədilib. Tarixi məscidlərimizin taxıl anbarı kimi istifadə edildiyi, hətta təəssüf ki, bəzi yerlərdə tövləyə çevrildiyi ağrılı günlər yaşadıq"- deyə Türkiyə Prezidenti bildirib.


Ərdoğan, həmçinin xalqı mənəvi köklərindən uzaqlaşdırmağa yönəlmiş siyasəti tənqid edib. O, qərbləşmənin yalnız geyimdə axtarıldığını, insanların öz tarixini və mədəniyyətini inkar etməyə, milli və mənəvi dəyərlərinə yadlaşmağa sövq edildiyini vurğulayıb.

Türkiyə Prezidenti bu prosesi milli kimliyin itirilməsinə yönəlmiş siyasət kimi xarakterizə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin