Dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək

Hazırda oxunan: Dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək

643618

Çinin Nankin şəhərində keçiriləcək batut və tamblinq üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya bildirilib ki, yarışda ölkəmizi 7 idmançı təmsil edəcək.

Batut yarışlarında Maqsud Mahsudov, Selcan Mahsudova, Hüseyn Abbasov qüvvələrini sınayacaqlar.

Tamblinq üzrə mübarizədə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 4-8-də təşkil olunacaq dünya çempionatında 34 ölkədən 360-dan çox idmançı medallar uğrunda güclərini yoxlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin