Azərbaycanın dövlət büdcəsinin 60%-i elektron qaydada proqnozlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, ümumilikdə, təqribən üç il ərzində Azərbaycanın dövlət vəsaitlərinin, dövlət aktivlərinin, qeyri-maliyyə aktivlərinin və digər aktivlərin tam elektron uçotu vahid reyestrdə cəmləşdiriləcək:
"Bu reyestr həmin məlumatları elektron müqavilə, elektron xəzinə və elektron büdcə sistemləri ilə tam şəkildə əlaqələndirməyə imkan verəcək. Reyestr əsasında proqnozlaşdırma aparıldıqda, növbəti illərdə dövlət büdcəsinin təqribən 60%-i elektron proqnozlaşdırma əsasında formalaşdırılacaq. Müvafiq məlumatlar formalaşdıqdan sonra fərdi yanaşmaya ehtiyac qalmayacaq". (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:29 / 22.10.2026
Nazirdən dövlət büdcəsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Nazirdən dövlət büdcəsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Nazirdən dövlət büdcəsi ilə bağlı AÇIQLAMA
643592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































