SON DƏQİQƏ! Ərdoğanın sabiq baş müşaviri SAXLANILDI

Hazırda oxunan: SON DƏQİQƏ! Ərdoğanın sabiq baş müşaviri SAXLANILDI

643613

Türkiyədə AKP-nin keçmiş millət vəkili və Baş nazirin sabiq müşaviri Ertan Aydın fond araşdırmasında saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İstanbul Cümhuriyyət Baş Prokurorluğu yayıb.

Haqqında saxlanılma qərarı verilən daha 5 şübhəlinin tutulması ilə saxlanılanların sayı 31-ə yüksəlib.

Son saxlanılanlar arasında Ertan Aydın ilə yanaşı Abdulla Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım da var.

Ertan Aydın 2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın siyasi işlər üzrə baş müşaviri təyin olunub və Əhməd Davudoğlunun baş nazirliyi dövründə də vəzifəsini davam etdirib.

ERTAN AYDIN KİMDİR?

1971-ci ildə Ərdahanda anadan olan Ertan Aydın ibtidai təhsilini Almaniyada, orta məktəb və lisey təhsilini isə İstanbulun Küçükçekmece rayonunda tamamlayıb. Bakalavr dərəcəsini Orta Şərq Texniki Universitetindən (ODTÜ), doktorantura dərəcəsini isə Bilkent Universitetinin Siyasət Elmləri və Dövlət İdarəçiliyi fakültəsindən alıb.

 

2000–2003-cü illər arasında Harvard və Dartmut universitetlərində tədqiqatçı kimi fəaliyyət göstərən Aydın, 2004–2011-ci illər arasında Çankaya Universitetinin Siyasət Elmləri və Beynəlxalq Münasibətlər fakültəsində müəllim işləyib. 2011-ci ildə dosent elmi adını alıb.


2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın siyasi işlər üzrə baş müşaviri təyin olunan Aydın, Əhməd Davudoğlunun baş nazirliyi dövründə də bu vəzifəsini davam etdirib.

"Pollmark Araştırma"nın təsisçiləri arasında yer alan Aydının ölkə daxilində və xaricdə nəşr olunmuş çoxlu sayda kitabı və məqaləsi var. Ailəlidir, üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin