Telefonları folqaya bükməyə başladılar

Hazırda oxunan: Telefonları folqaya bükməyə başladılar

643570

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur.

Bizim.Media xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmək ideyasına əsaslanır.

Alüminium elektromaqnit dalğalarını əks etdirən material olduğu üçün telefonun mobil şəbəkə, Wi-Fi və Bluetooth siqnallarını zəiflədə bilir.

Lakin nəticə folqanın telefonu nə dərəcədə kip örtməsindən və siqnalın gücündən asılı olaraq dəyişir.

Məkan təqibini (GPS) tamamilə dayandırırmı?

Rəqəmsal izlənmədən çəkinən istifadəçilər bu üsula üstünlük versələr də, folqa tam həll yolu deyil:

Cihazın əvvəlcədən yaddaşa yazdığı məlumatlar, tətbiqlərə verilmiş icazələr və daha öncə paylaşılmış məkan göstəriciləri bu vasitə ilə silinmir.

Folqanın boş qalması, kiçik bir dəliyin olması və ya güclü siqnal şəraitində bağlantı kəsilməyə bilər.

Bu üsul xüsusi siqnal kəsici (Faraday) çantaları kimi 100% zəmanətli deyil.

Mütəxəssislər bildirir ki, rəqəmsal gizliliyi qorumaq üçün telefonu folqaya bürüməkdənsə, tətbiqlərin məkan icazələrini yoxlamaq, lüzumsuz icazələri bağlamaq və lazımi anlarda bağlantı parametrlərini söndürmək daha etibarlı yoldur. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin