Ankarada ibtidai sinif müəllimi narkotik ittihamı ilə HƏBS OLUNDU

Hazırda oxunan: Ankarada ibtidai sinif müəllimi narkotik ittihamı ilə HƏBS OLUNDU

643615

Ankarada fahişəlik və narkotik cinayətlərinə qarşı aparılan araşdırma çərçivəsində özəl məktəblərdən birində 4 ildir ibtidai sinif müəllimi işləyən S.D. həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.

"Hürriyet" qəzetindən Fevzi Kızılkoyunun xəbərinə görə, müəllim fahişəliyə vasitəçilik edib, məktəb rəhbərliyi isə hadisənin yayılmaması üçün əməkdaşını işdən çıxarmaqla hədələyib və onun valideynlərinə müəllimin başqa yerə köçməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Ankara Cümhuriyyət Baş Prokurorluğu tərəfindən uyuşdurucu maddə ticarəti, istifadəsi və fahişəlik cinayətləri ilə bağlı başladılan istintaq çərçivəsində paytaxtdakı çoxlu sayda əyləncə məkanında əməliyyat keçirilib.

Əməliyyatlar zamanı iş adamları, əyləncə məkanının sahibləri və müxtəlif şəxslər saxlanılıb, şübhəlilərdən bəziləri həbs olunub. Araşdırmaya cəlb edilən məkanlarda uyuşdurucu ticarəti aparıldığı və fahişəliyə vasitəçilik edildiyi barədə ittihamlar araşdırılır.

İstintaq çərçivəsində saxlanılanlar arasında Ankaradakı özəl məktəblərdən birində 4 yıldır ibtidai sinif müəllimliyi edən S.D.-nin də olduğu bildirilib. S.D.-nin bəzi əyləncə məkanları ilə əlaqəsinin olduğu və fahişəliyə vasitəçilik etdiyi iddia edilib.

Müəllimin lüks istirahətləri, həyat tərzi və son model avtomobilinin də diqqət çəkdiyi ifadə olunub. Lakin bu məqamların araşdırılan cinayətlərlə birbaşa bağlılığına dair hələlik rəsmi təsdiqlənmiş məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin