Aşpazları da süni intellekt ƏVƏZLƏYƏCƏK: Orduda yemək hazırlayan robot sınaqdan keçirilir – VİDEO

Hazırda oxunan: Aşpazları da süni intellekt ƏVƏZLƏYƏCƏK: Orduda yemək hazırlayan robot sınaqdan keçirilir – VİDEO

643555

Almaniya Silahlı Qüvvələri süni intellekt texnologiyaları ilə təchiz edilmiş CA-1 adlı avtonom robot-aşpazı sınaqdan keçirir.

Bizim.Media xəbər verir ki, layihə çərçivəsində hazırda təxminən 900 hərbçi robotlaşdırılmış mətbəxdə yemək sifariş edə bilir. 
 

Münhendə yerləşən “Circus Group” şirkətinin hazırladığı CA-1 robotunun sınaqları apreldən başlayıb. Şirkətin təsisçisi və baş direktoru bildirib ki, sistem təxminən 7 kvadratmetr sahəni əhatə edən tam avtomatlaşdırılmış mətbəxdən ibarətdir.


Mətbəxdəki iki robot qolu təxminən 30 müxtəlif bölmədə saxlanılan ərzaqları götürərək fırlanan bişirmə qablarına yerləşdirir.

Sensorlar yemək hazırlanması prosesini izləyir. Sistem ənənəvi yemək bişirmə zamanı insan təcrübəsi və nəzarəti tələb edən işləri avtomatlaşdırmaq üçün nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin