Müharibənin sonu yaxınlaşır? - Zelenskidən danışıqlar AÇIQLAMASI

Hazırda oxunan: Müharibənin sonu yaxınlaşır? - Zelenskidən danışıqlar AÇIQLAMASI

643541

“Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın əvvəlində keçirilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Stiv Uitkoffun Rusiya nümayəndələri ilə görüşündən sonra Moskvanın nümayəndə heyətləri səviyyəsində danışıqları dəstəklədiyini bildirib.

Zelenski qeyd edib ki, ABŞ görüşün mümkün qədər tez təşkil olunmasını təklif edir, Ukrayna da buna hazırdır:
 

“Əsas məqsəd müharibənin başa çatmasını yaxınlaşdırmaq və üç ölkə liderinin görüşünə zəmin hazırlamaqdır”.


Ukrayna lideri atəşkəsin əldə olunmasını, əsirlərin geri qaytarılmasını və digər humanitar təşəbbüsləri dəstəklədiklərini vurğulayıb. Bununla yanaşı, o, Rusiyanın daha əvvəl də dəfələrlə danışıqlara razılıq verdiyini, lakin sonradan mövqeyini dəyişdiyini xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin