Azərbaycanda xəzinə ödənişlərinin müddətinin 2 saata endirilməsi hədəflənir.
Bizim.Media Report.az-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
"Əvvəllər xəzinədən ödənişlərin həyata keçirilməsi üçün ən azı 5 iş günü tələb olunurdusa, hazırda ödənişlər eyni gün ərzində, orta hesabla maksimum 10 saat ərzində həyata keçirilir. Növbəti ildə bu müddətin 2 saata qədər azaldılması hədəflənir.
Elektron müqavilə sistemi ilə yanaşı, yeni xəzinə modulu və elektron mühasibat sistemi də tam istifadəyə verilib.
Bu sistemlər zənciri dövlət satınalmaları üzrə müqavilənin imzalanmasından ödənişin həyata keçirilməsinə qədər, eləcə də dövlət aktivlərinin reyestrində uçotun aparılmasına qədər bütün prosesləri əhatə edir, dövlət aktivlərinin vahid məlumat bazasının formalaşdırılmasına xidmət edir", - deyə nazir qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:11 / 22.10.2026
Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək
Hazırda oxunan: Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək
Hazırda oxunan: Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək
643628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































