Sayğac var, amma abonent kodu yoxdur - VİDEO

Hazırda oxunan: Sayğac var, amma abonent kodu yoxdur - VİDEO

643537

Binanın suyu var, hətta sayğaclar da var, amma abonent kodu yoxdur. Bu binada yaşayan sakinlərin dərdi bununla bitmir. Hətta, yaxınlıqda olan anbardan sızan su binanın özülünü məhv edir.

Bizim.Media xəbər verir ki, söhbət Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB massivi  "Sahil S" mtk-nın binasından gedir.

Burada yaşayan sakinlər bildirilər ki, 2 ildən artıqdır binada suya görə sayğaclar qoyulub, amma abonent kodu verilmir deyə su pulunu ödəyə bilmirlər. 
 

Binanın problemi təkcə bu deyil. Yaxınlığında ərazini su ilə təmin edən anbar var. 1 ilə yaxındır həmin anbardakı problem binanın qəzalı vəziyyətə düşməsinə səbəb olur. 


Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qruma müraciət etsələr də həll olunmadığını deyirlər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin