Xaricdə səfərdə olarkən səhhətinizdə problem yaranarsa... – Xərci kim qarşılayacaq?

Hazırda oxunan: Xaricdə səfərdə olarkən səhhətinizdə problem yaranarsa... – Xərci kim qarşılayacaq?

643482

Heç kim heç nədən sığortalanmayıb.Ona görə də bir çox insanlar ölkə xaricinə çıxarkən Səyahət Sığortasından yararlanırlar.

Bəs ölkə xaricində xəstələnərkən bütün xərcləri sığorta şirkəti ödəyirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, xaricdə turist xəstələnərsə, onun müalicə xərcləri səyahət sığortası paketinin olub-olmamasından asılı olaraq ya sığorta şirkəti, ya da turistin özü tərəfindən ödənilir:

“Əgər turistin səfərdən öncə rəsmiləşdirdiyi etibarlı səyahət sığortası varsa, qəfil xəstələnmə və ya bədbəxt hadisə zamanı tibbi xərcləri sığorta şirkəti qarşılayır.  Belə ki, sığorta xidməti təcili tibbi yardım və ambulator, stasionar müalicə, həkim məsləhəti və zəruri dərmanların çatdırılmasını, tibbi nəqliyyat xərcləri və ehtiyac olduqda xəstənin təxliyəsini tamamilə qarşılayır.

Onu da qeyd edim ki, sığorta qaydalarına əsasən, hadisə baş verdikdə turist dərhal şirkətin ixtisaslaşmış servis mərkəzinə məlumat verməlidir. Əks halda sığorta ödənişindən imtina edilə bilər”.

Bəs müalicə xərcləri nə zaman turistin özü tərəfindən ödənilir?

Müsahibimiz bildirib ki, turist səfərə çıxarkən könüllü səyahət sığortası əldə etmədikdə bütün xərcləri özü ödəyir:

“Bundan başqa səfərdən əvvəl mövcud olan xroniki xəstəliklərin qəfil kəskinləşməsi, səyahət zamanı qeyri-qanuni iş fəaliyyəti, spirtli içki və ya narkotik maddə qəbulu nəticəsində yaranan sağlamlıq problemləri zamanı xərcləri xəstə özü çəkir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin