Kiyev çoxsaylı ballistik raketlərlə vuruldu: 15 yaralı var - VİDEO

Hazırda oxunan: Kiyev çoxsaylı ballistik raketlərlə vuruldu: 15 yaralı var - VİDEO

643562

Ukraynanın paytaxtı Kiyev şəhəri ballistik raketlərlə vurulub.

Bizim.Media xəbər verir ki, oktyabrın 22-si gecə saatlarından başlayaraq Kiyevə kütləvi ballistik raketlər atılıb. Şəhərdə güclü partlayış səsləri eşidilib. Dağıntılar qeydə alınıb.

Yerli teleqram kanallarının yazdığına görə, Kiyevə 20-30 ballistik raket atılıb. Əsas hədəf enerji və strateji infrastrukturlar olub.

Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib ki, Kiyevdə gecə ərzində hava hücumu nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanalara yerləşdirilib.

Bundan başqa hava zərbəsi nəticəsində Kiyevin sağ və sol sahillərini birləşdirən “Cənub" körpüsündə dağıntı qeydə alınıb. Həmin körpüdə hərəkət dayandırılıb.

Merin sözlərinə görə, hava zərbəsi nəticəsində metro infrastrukturuna ziyan dəydiyindən, metronun bəzi istiqamətlərinə hərəkət dayandırılıb.

Bundan başqa təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilinə ziyan dəyib.
 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin