Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE

Hazırda oxunan: Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir? – DOSYE

643619

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bizim.Media xəbər verir ki, hazırda 37 yaşı olan Orxan Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində, o cümlədən Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alıb.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı olub.

Orxan Məmmədov bir müddət Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Ötən ilin martında isə Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin