Qadın sərnişini hədələyən “Bolt” sürücüsü saxlanılıb

Hazırda oxunan: Qadın sərnişini hədələyən “Bolt” sürücüsü saxlanılıb

643582

Xəbər verildiyi kimi Bakı–Sumqayıt yolunda qadın “Bolt” sürücüsü tərəfindən hədələndiyini və zorakılığa məruz qaldığını iddia edib.

Elvira Vəliyeva sosial şəbəkədə paylaşdığı videoda hadisənin ötən gün saat 23:50 radələrində baş verdiyini bildirib.

Onun sözlərinə görə, gediş haqqı ilə bağlı mübahisə zamanı sürücü onu hədələyib, avtomobilin qapılarını kilidləyib. Qadın avtomobildən düşmək istəyərkən sürücünün qəfil hərəkəti nəticəsində yerə yıxılaraq xəsarət aldığını iddia edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə xanım sərnişinə qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin