Yaponiya Azərbaycanı dəyərli tərəfdaş adlandırdı

Hazırda oxunan: Yaponiya Azərbaycanı dəyərli tərəfdaş adlandırdı

643595

Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşı olaraq beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regionda sabitliyin qorunub saxlanılmasında və inkişafın təşviqində mühüm rol oynayır.

Bizim.Media Yaponiyanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yasutaka Nakasone Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbovla görüşündə bildirib.

Nazir müavini bu ilin iyun ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfərini xatırladaraq, həmin səfər zamanı razılaşdırılmış Yaponiya ilə Azərbaycan arasında investisiya sazişinin ən qısa zamanda imzalanması üçün əməkdaşlıq etmək istəyini ifadə edib.

Azərbaycanlı diplomat öz növbəsində Y.Nakasoneni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə tərəflər həmçinin regional vəziyyət və beynəlxalq arenada əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin