BVF-dən Azərbaycanla bağlı makroiqtisadi PROQNOZLAR

Hazırda oxunan: BVF-dən Azərbaycanla bağlı makroiqtisadi PROQNOZLAR

643596

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın 2026 və 2027-ci illər üzrə iqtisadi artım proqnozlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fondun 2026-cı ilin oktyabr ayında dərc etdiyi hesabatında bildirilib.

Yeni proqnoza əsasən, Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7%, 2027-ci ildə isə 2,3% artacağı gözlənilir.

BVF-nin aprel proqnozunda bu göstəricilər müvafiq olaraq 2,2% və 2,5% təşkil edirdi. Beləliklə, Fond cari il üzrə iqtisadi artım proqnozunu 0,5 faiz bəndi, 2027-ci il üzrə isə 0,2 faiz bəndi azaldıb.

Hesabatda proqnozların aşağı salınması neft sektorunda hasilatı məhdudlaşdıran amillər, eləcə də Azərbaycanda daha az stimullaşdırıcı fiskal siyasətlə əlaqələndirilib.

BVF 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2,5% artacağını gözləyir. Bu göstərici əvvəlki proqnozla müqayisədə dəyişməyib.

İnflyasiyaya gəlincə, Fondun qiymətləndirməsinə görə, 2026-cı ildə Azərbaycanda qiymət artımı nisbətən sabit qalıb. Bu, daxili tələbdən qaynaqlanan inflyasiya təzyiqlərinin zəifləməsi ilə izah olunur.
 

BVF qeyd edir ki, Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiya dinamikası ölkələr üzrə fərqlənir. Gürcüstanda enerji qiymətlərinin artması inflyasiyanı sürətləndirdiyi halda, Qazaxıstan və Özbəkistanda qiymət artımının səngiməsi davam edib.

 

Fondun proqnozuna əsasən, Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın 2026-cı ildə 8%, 2027-ci ildə isə 6,7% təşkil edəcəyi gözlənilir.(Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin