Omanın sahillərində qeyri-adi çəhrayı rəngli nadir delfin müşahidə edilib.
Bizim.Media xəbər verir ki, dəniz canlısının görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq bütün dünyada istifadəçilərin diqqətini cəlb edib.
Yerli sakinlər və turistlər sahil sularında digər delfinlərlə birlikdə üzən qeyri-adi rəngli delfini müşahidə ediblər. Yayılan kadrlarda çəhrayı rəngli delfinin tünd rəngli digər dəniz məməlilərinin yanında sakitcə hərəkət etdiyi görünür.
Nadir hadisə sahildə olan sakinlər və turistlər arasında böyük maraq doğurub.
Mütəxəssislərin sözlərinə görə, dəniz məməlilərində qeyri-adi piqmentasiya müxtəlif bioloji amillərlə əlaqəli ola bilər. Lakin müşahidə edilən fərdin hansı növə aid olduğu hələ dəqiqləşdirilməyib.
Vəhşi təbiətdə belə hallara olduqca nadir rast gəlindiyindən bu cür müşahidələr alimlər və təbiətsevərlər üçün xüsusi maraq kəsb edir.
Ekoloqlar isə insanları dəniz canlılarına yaxınlaşmamağa və onların təbii davranışını pozmamağa çağırıblar.
Bizim.Media



































































































