Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) azərbaycanlı mülki şəxsin Ermənistan ərazisinə keçməsi ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov hələ oktyabrın 19-da Ermənistanın Tavuş mərzində (sərhədyanı zona) saxlanılıb.
Aparılan araşdırma nəticəsində çobanın sadəcə otlaq sahəsində azaraq sərhədi keçdiyi müəyyən edilib.
Ermənistan tərəfi bildirib ki, həmin şəxsin Azərbaycan tərəfinə geri təhvil verilməsi üçün müvafiq addımlar və prosessual tədbirlər həyata keçirilir.
Bizim.Media

- A-
- A
- A+
Region
09:48 / 22.10.2026
Ermənistan azan çobanı Azərbaycana qaytarır - VİDEO
Hazırda oxunan: Ermənistan azan çobanı Azərbaycana qaytarır - VİDEO
Hazırda oxunan: Ermənistan azan çobanı Azərbaycana qaytarır - VİDEO
643583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































