Ümummilli lider Heydər Əliyevin mətbuat katibi Qahirə Hüseynova yüksək vəzifəyə təyin olunub.
Bizim.Media “Oxu.Az”a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsi Qahirə Hüseynovaya həvalə edilib.
Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O, həmçinin ümummilli lider Heydər Əliyevin mətbuat katibi olub.
Q.Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Həmçinin o, ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:48 / 22.10.2026
Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
Hazırda oxunan: Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
Hazırda oxunan: Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
643568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































