Sabiq deputat SAXLANILDI: Terrorizmin təbliğində ittiham olunur

Hazırda oxunan: Sabiq deputat SAXLANILDI: Terrorizmin təbliğində ittiham olunur

643549

Rusiyanın Dövlət Dumasının Kommunist Partiyasından olan keçmiş deputatı Oleq Mixaylov Moskvada saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya”ya rəsmi mənbə məlumat verib.

Siyasətçi məzuniyyətdən qayıtdıqdan sonra saxlanılıb. O, internet vasitəsilə terrorizmə açıq bəraət qazandırmaqda ittiham olunur.

Hazırda Mixaylov müvəqqəti saxlama təcridxanasındadır. Komi Respublikası üzrə Kommunist Partiyasının yerli bölməsindən bildirilib ki, məhkəmə onun barəsində həbs qətimkan tədbirini oktyabrın 22-də müəyyən etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin