Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Hazırda oxunan: Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

643544

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.
 

Məlumata görə, Yasamalda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə, Zaur Kərimov küçələri və Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Binəqədidə 9-cu mikrorayonda yerləşən Mir Cəlal küçəsi, 6-cı mikrorayon ərazisindəki İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi yerlərində saat 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Qeyd edilib ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin