“Neftçi”nin “Apollon”un hücumçusu Pedro Markesi transfer etməsi baş tutmayıb.
Bizim.Media xəbər verir ki, paytaxt klubu onu transfer siyahısında çıxarıb.
Buna səbəb isə 28 yaşlı futbolçunun yüksək məvacib istəməsidir.
Məlumata görə, o, 1 milyon avroya yaxın maaş tələb edib. Buna görə də, “Neftçi” diqqətini digər hücumçularla danışıqlara yönəldib.
Qeyd edək ki, Pedronun Kipr klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “Pafos”, AEL Limassol klublarının da transfer siyahısındadır. Pedro “Sportinq”, “Dordrext”, “Den Boş”, “Jil Visente”, “Famalikao”, “Neymegen” komandalarında da oynayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:40 / 01.07.2026
Pedro Markes “Neftçi”dən bir milyon avro MAAŞ İSTƏDİ
Hazırda oxunan: Pedro Markes “Neftçi”dən bir milyon avro MAAŞ İSTƏDİ
Hazırda oxunan: Pedro Markes “Neftçi”dən bir milyon avro MAAŞ İSTƏDİ
622637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































