Planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Rusiyadan Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Qazprom Armenia" şirkətinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasında Şimali Qafqaz - Transqafqaz magistral qaz kəmərində planlaşdırılmış texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq, bu kəmər vasitəsilə Ermənistana təbii qaz təchizatı 15-25 sentyabr tarixləri arasında müvəqqəti olaraq dayandırılacaq", - məlumatda deyilir.
Şirkət bildirir ki, bu müddət ərzində Ermənistandakı istehlakçılara daxili ehtiyatlar və İrandan əlavə təbii qaz təchizatı hesabına məhdudiyyətlər qoyulmadan fasiləsiz və etibarlı qaz təchizatı təmin ediləcək.
Bizim.Media

































































































