Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

Hazırda oxunan: Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

622583

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/16 final mərhələsinin daha üç qarşılaşması keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk oyununda İngiltərə millisi Konqo Demokratik Respublikası yığması ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İyulun 2-nə keçən gecə isə saat 00:00-da Belçika millisi Seneqal seçməsi ilə qarşılaşacaq.

Günün son matçında ev sahibi ABŞ yığması Bosniya və Herseqovina millisini sınağa çəkəcək. Qarşılaşma saat 04:00-da start götürəcək.

Bu matçlardan sonra 1/8 finalın daha 3 iştirakçısı məlum olacaq.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa və Meksika yığmaları 1/8 finala vəsiqə qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin