"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi PSJ-dən Qonsalu Ramuşu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Milan" portuqaliyalı futbolçu üçün Fransa klubuna 74 milyon avro təzminat ödəyib. 25 yaşlı forvardla 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, PSJ Qonsalu Ramuşu 2023-cü ilin yayında "Benfika"dan transfer etmişdi. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:49 / 30.06.2026
“Milan”dan 74 milyonluq transfer
Hazırda oxunan: “Milan”dan 74 milyonluq transfer
Hazırda oxunan: “Milan”dan 74 milyonluq transfer
622509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































