Macarıstanın “Zalaeqerseq” klubunun futbolçusu Bence Varkonyi karyerasını Azərbaycanda davam etdirəcək.
Bizim.Media xəbər verir ki, “Nemzeti Sport” nəşri bu barədə belçikalı insayder Saşa Tavolyeriyə istinadən xəbər yayıb.
Bildirilib ki, klubu ilə gələn ilin yayına qədər müqaviləsi olan 24 yaşlı mərkəz müdafiəçisi təxminən 1 milyon avro qarşılığında “Qarabağ”a transfer olunub.
Tərəflər arasında 3 illik müqavilənin imzalanacağı gözlənilir. Bununla Varkonyi ilk dəfə legioner həyatı yaşayacaq.
Qeyd edək ki, Macarıstanın U-21 millisinin sabiq üzvü ölkəsində MTK klubunun yetirməsidir. Varkonyi 2023-cü ildən bəri “Zalaeqerseq” formasını geyinir.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:16 / 30.06.2026
“Qarabağ”dan 1 milyonluq TRANSFER
Hazırda oxunan: “Qarabağ”dan 1 milyonluq TRANSFER
Hazırda oxunan: “Qarabağ”dan 1 milyonluq TRANSFER
622385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































