“Turan Tovuz”un Avrokuboklardan kənarlaşdırılması iddialarına klubdan CAVAB

Hazırda oxunan: “Turan Tovuz”un Avrokuboklardan kənarlaşdırılması iddialarına klubdan CAVAB

616536

Son günlər UEFA tərəfindən “Turan Tovuz”un Avrokuboklardan kənarlaşdırılması ilə bağlı xəbərlər ölkə futbolunda əsas müzakirə mövzusuna çevrilib.

İddialara görə, sözügedən addımın atılmasına əsas səbəb kimi 2016-cı ildə klubun 7 futbolçusunun oyun alqı-satqısında günahlandırılaraq ömürlük futboldan kənarlaşdırılması göstərilir. Qitə futbol qurumunun da bu məsələni qabardaraq komandanı Konfrans Liqasında oynamaqdan kənarlaşdırdığı bildirilir.

Əslində bu məsələdə müəmmalar çoxdur.

Əvvəla 10 il bundan öncə baş vermiş prosesi UEFA yenidən niyə qabartsın? Burada bir məqam var. Qitə futboluna cavabdeh olan təşkilat kluba beynəlxalq yarışlar üçün lisenziya verərkən bir sıra kriteriyalara önəm verir ki, həmin qaydalardan biri də klubun qanundan kənar proseslərdə iştirak edib-etməməsi ilə bağlıdır. “Turan Tovuz” sadəcə olaraq təşkilata vaxtilə belə prosesin olduğunu və buna görə də yeddi futbolçunun cəzalandırılması ilə bağlı xəbərdarlıq etməli idi.

Belə olan halda, UEFA məsələnin ciddiliyini nəzərə alaraq müəyyən araşdırmalara başlaya və klubu da həmin müddətdə beynəlxalq yarışlardan kənarlaşdıra bilərdi.
 

Lakin hazırda proseslər elə sürərtlə cərəyan edir ki, Tovuz təmsilçisinin öz hüquqlarını qorumaq üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etdiyi də iddia olunur.


Məsələ ilə bağlı “Turan Tovuz” klubunun mətbuat katibi Süleyman Tağıyev Bizim.Media-ya açıqlamasında sözügedən iddialara belə münasibət bildirib:

“2025-2026-cı illər mövsümünü uğurla başa vurduq. Gərgin keçən mövsümdə bütün idman prinsipləri qorunaraq haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA başda olmaqla heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin