ABŞ-ın Florida ştatının Palm-Biç dairəsində biznes təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat verib.
O bildirib ki, “Learjet 60” tipli təyyarədə olanların heç biri sağ qalmayıb.
Nazirin sözlərinə görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamətlənib.
Qəzanın səbəbləri araşdırılır.
Bizim.Media




































































































