"Sumqayıt" bu gün "Şəfa"nı sınağa çəkəcək

Hazırda oxunan: "Sumqayıt" bu gün "Şəfa"nı sınağa çəkəcək

645490

Misli Premyer Liqasında X tura bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyunda "Sumqayıt" "Şəfa"nı qəbul edəcək.

Qarşılaşma "SOCAR Polymer Arena"da, saat 19:00-da start götürəcək.
 

"Gənclik şəhəri" təmsilçisi 8 xalla 9-cu pillədə qərarlaşıb. Qonaqlar 3 xalla 11-cidir.


Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun digər matçlarında "Turan Tovuz" "Sabah"ı (3:2), "Neftçi" "Şamaxı"nı (3:2), "Kəpəz" "İmişli"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin