“Qəbələ” Tsxadadze ilə bağlı QƏRARINI VERDİ

Hazırda oxunan: “Qəbələ” Tsxadadze ilə bağlı QƏRARINI VERDİ

616481

“Qəbələ” baş məşqçi postunda dəyişikliyə getməyəcək.

Bizim.Media xəbər verir ki, klub rəhbərliyi, mövsümü bərbad keçirməsinə rəğmən, Kaxaber Sxadadzeni postunda saxlamaq niyyətindədir.

Belə ki, gürcü mütəxəssisə daha bir şans veriləcək.

Yeni mövsümün əvvəlindəki nəticələr isə Sxadadzenin taleyində önəmli rol oynayacaq. Komanda yenidən autsayderlər qrupunda qərarlaşsa, dəyişiklik qaçılmaz olacaq.

“Qəbələ” hələlik heyətdə islahatlar aparmaq niyyətindədir. Yaxın günlərdə bəzi legionerlərlə bağlı qərar veriləcək. Özünü doğrultmayan İbrahim Sanqare, son vaxtlar heyətə düşməyən Eduardo Kunde yola salınacaq. Seydina Keyta və daha bir neçə əcnəbinin də yola salınması mümkündür.

Yerli futbolçularla bağlı vəziyyət isə fərqlidir.

Klub rəhbərliyi hazırda komandada olan əksər oyunçuları saxlamaq niyyətindədir. İcarə müqaviləsi bitdiyi üçün “Neftçi”yə qayıdan Rza Cəfərovun vidası dəqiqdir. Daha kimlərin yola salınacağı isə yeni transferlərdən asılı olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin