Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

616459

Minifutbol üzrə Azərbaycan millisi bu axşam Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, kollektivimiz 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.

Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.
 

Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.


Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin