Luis Suares dünya çempionatından kənarda qaldı

Hazırda oxunan: Luis Suares dünya çempionatından kənarda qaldı

616413

Uruqvay futbol millisinin DÇ-2026 üçün heyətində Luis Suares yer almayıb.

Bizim.Media xəbər verir ki, Marselo Byelsanın açıqladığı siyahıda 39 yaşlı hücumçunun adı yoxdur.

Bununla da Uruqvayın tarixi bombardiri üçün dünya çempionatına qayıdış ehtimalı reallaşmayıb. Mediada daha əvvəl Suaresin Uruqvay millisindəki dövrünün 2024-cü ildə Paraqvayla qolsuz heç-heçədən sonra başa çatdığını yazıb.
 

Paylaşılan heyətdə qapıçılar sırasında Serxio Roçet, Fernando Muslera və Santyaqo Mele yer alıb. Müdafiədə Ronald Arauxo, Xose Mariya Ximenes, Santyaqo Bueno, Sebastyan Kaseres, Matias Olivera, Xoakin Pikerez və Matias Vinya kimi oyunçular çağırılıb.


Yarımmüdafiə xəttində Manuel Uqarte, Rodriqo Bentankur, Federiko Valverde, Nikolas de la Krus, Rodriqo Salasar, Fakundo Pellistri, Maksimiliano Arauxo və Brian Rodriges var.

Hücum xəttində isə Rodriqo Aqirre, Federiko Vinyas və Darvin Nunyes yer alıb.

Qeyd edək ki, Luis Suares Uruqvay millisində 143 oyuna 69 qol vurub və ölkə futbolu tarixinin ən məhsuldar oyunçusu sayılır. O, dörd dünya çempionatında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin