“Sabah” Futbol Klubu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə İçərişəhərdə yeni istifadəyə verilən idman meydançasının açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmudov yeni meydançanın uşaqların asudə vaxtının səmərəli təşkili və sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, İçərişəhərdə yaşayan uşaqlar indiyədək futbol oynamaq üçün uyğun məkan tapmaqda çətinlik çəkirdilər.
“Uşaqlar bundan sonra öz meydançalarında rahat şəkildə idmanla məşğul ola biləcəklər. İnanıram ki, bu məkan həm uşaqların, həm də böyüklərin istifadəsində olacaq. Gənc nəslin sağlam böyüməsi gələcəyimiz üçün çox önəmlidir”, - deyə R.Mahmudov vurğulayıb.
“Sabah” Futbol Akademiyasının koordinatoru, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili layihənin əhəmiyyətindən danışaraq, təşəbbüsə qoşulmaqdan məmnunluq duyduqlarını bildirib. “Bu layihə gənc uşaqlara yeni imkanlar yaratmaq məqsədi daşıyır.
Burada onlar sağlam həyat tərzi sürmək, futbol məşqləri keçmək və öz bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Ola bilər ki, gələcəkdə bu meydançada məşq edən uşaqlardan bəziləri böyük klublarda çıxış etsinlər”, - deyə o qeyd edib.
G.Minaşvili bu cür təşəbbüslərin gələcəkdə Bakının digər ərazilərində də həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
“İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov isə yeni idman meydançasının istifadəyə verilməsini sakinlər üçün əlamətdar hadisə kimi qiymətləndirib.
O, layihənin reallaşdırılmasına görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təşəkkürünü çatdırıb.
Ə.Dadaşov bildirib ki, bir neçə il əvvəl meydançanın gələcəyi ilə bağlı aparılan müzakirələr artıq öz nəticəsini verib və bu gün İçərişəhər sakinlərinin istifadəsinə müasir idman məkanı təqdim olunub.
Sonda uşaqlar yeni meydançada futbol oynayaraq ilk məşqlərini keçiriblər.






Bizim.Media

- A-
- A
- A+
İdman
19:03 / 31.05.2026
İçərişəhərdə yeni idman meydançası açıldı - FOTO
Hazırda oxunan: İçərişəhərdə yeni idman meydançası açıldı - FOTO
Hazırda oxunan: İçərişəhərdə yeni idman meydançası açıldı - FOTO
616390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































