Kliçkodan çağırış: Ruslara yarışmaq qadağan edilməməlidir!

Hazırda oxunan: Kliçkodan çağırış: Ruslara yarışmaq qadağan edilməməlidir!

616269

Kiyev merinin qardaşı, boksçu Vladimir Kliçko ukraynalı idmançıların Rusiya və Belarus təmsilçilərinin qatıldığı yarışlarda iştirakına qadağa qoyulmaması barədə çağırış edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Odessada keçirilən Qara Dəniz Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

"Mən idmançılarımızın Rusiya və ya Belarus idmançılarının cəlb olunacağı yarışlarda çıxış etməsini qadağan etməzdim. Mənim fikrimcə, boykot etmək yanlışdır. Hər kəs mübarizə aparmalıdır… qalib gəlmək lazımdır", — deyə Kliçko bəyan edib.

2022-ci ilin martında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırmağı tövsiyə etmişdi.

2023-cü ilin dekabrında isə qurum Rusiya təmsilçilərinin 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarına neytral statusda buraxılmasını məsləhət görmüşdü. Nəticədə 15 rusiyalı idmançı Fransaya gedib və onlara bayraq və himn də daxil olmaqla Rusiya simvollarından istifadə etmək qadağan edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin