Portuqaliyalı hücumçu Dioqo Almeyda “İmişli”dən ayrılacaq.
Bizim.Media xəbər verir ki, 25 yaşlı futbolçu “Turan Tovuz”la anlaşıb. Bölgə klubu forvard üçün “İmişli”yə təzminat ödəyəcək.
Yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq “Turan Tovuz” keçidi yaxın zamanda rəsmiləşdirəcək. Komandanın avrokuboklara vəsiqə əldə etməsi Almeydanın qərarında həlledici rol oynayıb.
Portuqaliyalı mərkəz hücumçusu 2025-ci ilin yayından “İmişli”də çıxış edirdi. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 26 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:50 / 30.05.2026
“İmişli”nin legioneri “Turan Tovuz”la anlaşdı
Hazırda oxunan: “İmişli”nin legioneri “Turan Tovuz”la anlaşdı
Hazırda oxunan: “İmişli”nin legioneri “Turan Tovuz”la anlaşdı
616244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































